| |||||
Nazirlik: Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbi ləğv olunacaq | |||||
"Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbləri ləğv olunacaq".
|
|||||
|
|||||
![]() İnterPress.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib. O bildirib ki, buna səbəb 10-cu sinfi bitirən şagirdlərin həmin məktəblərə müraciət etməməsidir: "Yəni bu gün ölkədə icbari təhsil 9 illik olduğundan ötən ildən qəbul dayandırılıb. Əvvəl icbari təhsil 11 illik idi. Axşam məktəblərində isə 2 illik dərs 3 ilə keçirilirdi. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Artıq 10-cu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq". F.Həmzıyev qeyd edib ki, axşam məktəblərində 18 yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alırdı. İnterPress.Az |
|||||
|
|||||
|