Mehriban Əliyevanın təşəbbüsü ilə hüquqşünaslar bir araya gəldibackend

Mehriban Əliyevanın təşəbbüsü ilə hüquqşünaslar bir araya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Vəkillər Kollegiyasının rəsmi saytında məlumat verilib.

Konfrans vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə baş tutub. Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri konfransda iştirak edib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov “Hakim-vəkil münasibətlərinin deontoloji aspektləri” mövzusunda çıxış edərək qeyd edib ki, məhkəmə-hüquq islahatlarında hakim-vəkil münasibətlərinin xüsusi rolu var və bu baxımdan, qeyri-prosessual münasibətlərin yolverilməzliyi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, 03.04.2019-cu il tarixində Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

İnterPress.Az