Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Tailandda avtobus uçuruma yuvarlanıb, 17 nəfər xəsarət alıb

Tailandda sərnişin avtobusu uçuruma yuvarlanıb.

Dərc edilib: 1 iyun 2019 [09:06]
Baxış sayı: 4128

İnterPress.Az xəbər verir ki, bu barədə "Nation" qəzeti bildirib.

Məlumata görə, hadisə ölkənin Çianqmay əyalətində baş verib. Qəza zamanı 17 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanalara aparılıb.

Nəqliyyat vasitəsinin sürücüsü bildirib ki, yağıntılı hava şəraiti zamanı onun idarə etdiyi avtobusun qarşısında hərəkət edən avtomobilin sürücüsü qəfil əyləci basıb. Buna görə də o, avtobusa idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq, 20 metrlik uçuruma yuvarlanıb.

Daha əvvəl bildirilib ki, Tailandda 3 gün qeyd olunan Sonqkrana bayramı (Yeni il) günlərində bütün ölkə üzrə baş verən müxtəlif yol qəzalarında azı 174 nəfər ölüb, 1728-i isə yaralanıb.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121