Azexport.az portalına ixrac sifarişləri 229 mln. dollar olubbackend

Azexport.az portalına ixrac sifarişləri 229 mln. dollar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin may ayı üzrə buraxılışında bildirilir.

Bildirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 3 faiz artıb. Bu ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 51 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin aprel ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,3%), Türkiyə (8%), İngiltərə (6,5%), Hindistan (6,5%) və ABŞ (5,5%) qərarlaşıb.

Cari ilin aprel ayında ən çox ixrac sifarişi tütün, badımcan, pambıq və pambıq məhsulları, kartof, soğan, qənnadı məhsulları, meyvə kompotu, yumurta, mühərrik yağı, çay, tikinti materialı, kələm, buğda kəpəyi, şərab, qoyun yunu, kosmetik vasitə, konservləşdirilmiş tərəvəz, alma, gül və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 aprel tarixinə kimi (28 ay ərzində) Azexport.az portalına dünyanın 129 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 218 milyon ABŞ dolları təşkil edib.

İnterPress.Az