İranın Kürdüstan əyalətində terror hücumu keçirmək istəyən 3 nəfər həbs olunubbackend

İranın Kürdüstan əyalətində terror hücumu keçirmək istəyən 3 nəfər həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az -ın məlumatına görə, bunu Kürdüstan əyalətinin polis rəisi Əli Azadi deyib.

O bildirib ki, həbs olunan şəxslər Qüds günü Sənəndəc şəhərində terror həyata keçirmək istəyiblər: “Onlar hər hansı bir iş görməmişdən öncə saxlanılıblar. Onlardan 3 silah, 13 avtomat darağı, 390 hərbi güllə müsadirə olunub”.

Ə. Azadi saxlanılan şəxslər barəsində ətraflı məlumat verməyib və yalnız saxlanılanların “İran islam İnqilabına zidd” bir qrupa bağlı olduğunu bildirib.

İran İslam Respublikası rəsmiləri PKK-nın İran qanadı olan PEYAK-ı “İran islam İnqilabına zidd” və “terrorçu” qruplaşma adlandırır.(ona)

İnterPress.Az