Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişibbackend

Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az -ın məlumatına görə, mayın 29-da gecə saatlarında Şirvan sakinləri – 1978-ci il təvəllüdlü Çikunov Dmitri Viktoroviç və 1970-ci il təvəllüdlü Xalid Məmmədov yolu keçmək istəyərkən onları 18-BA-887 qeydiyyat nişanlı \”QAZ-31\” markalı minik maşını vurub.

Nəticədə ağır xəsarət alan hər iki piyada təcili tibbi yardım maşını ilə Şirvan şəhər Xəstəxanasına çatdırılıb. D. Çikunov mayın 30-da səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Yaralanan piyadalardan ikincisinin vəziyyəti ağır olduğundan Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və orada özünə gəlmədən iyunun 1-də səhər saatlarında dünyasını dəyişib.

İnterPress.Az