Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu ilin ilk dörd ayında Azərbaycanın meyvə-tərəvəz ixracı 149 mln. dollar olub

Bu ilin ilk dörd ayı ərzində meyvə-tərəvəz ixracı 149 milyon ABŞ dolları olub.

Dərc edilib: 1 iyun 2019 [11:25]
Baxış sayı: 6684

İnterPress.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2019-cu ilin may ayı üzrə buraxılışında bildirilib.

Qeyd edilib ki, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 62 milyon, pambıq lifi ixracı 58 milyon, elektrik enerjisinin ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 32 milyon, kimya sənayesi məhsullarının ixracı 24 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 18 milyon, pambıq ipliyi ixracı 9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 9 milyon dollar təşkil edib.

Məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 36 faiz, meyvə-tərəvəzin ixracı 34 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz artıb.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165