Gürcüstanda üç yeni dövlət qoruğu yaradılırbackend

Gürcüstanda üç yeni dövlət qoruğu yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Paravani, Sağamosa və Abuki gölləri ətrafındakı ərazilərin və göllərin öz sahəsinin dövlət qoruğu elan edilməsinin səbəbi buranın Cənubi Qafqazın bioloji müxtəlifliyinə və endemik bitki örtüyünə ev sahibliyi etməsidir.

Ətraf Mühitin Mühafizəsi və Kənd təsərrüfatı nazirliyinin bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Qoruqların ümumi sahəsinin təxminən 5 min hektar olduğu bildirilib.

Göllərin nadir balıq növlərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.(ona)

İnterPress.Az