Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Marko Rossi: “Azərbaycan millisinin istənilən ssenarisinə hazırıq”

“Komandamız Azərbaycan və Uelslə oyunlara yaxşı köklənib. Bunu oyunçuların üzündən də hiss edirəm”.

Dərc edilib: 1 iyun 2019 [12:36]
Baxış sayı: 4918

İnterPress.Az -ın məlumatına görə, bunu futbol üzrə Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinə ərəfəsində təlim-məşq toplanışına yığışan yetirmələrinin hazırlıq səviyyəsini dəyərləndirib. M.Rossi komandadakı problemləri də qabardıb: “Artıq dörd gündür bir yerdəyik. Planlaşdırdığımız lazımlı işi yerinə yetirmişik. Lakin müdafiəçilərimizdən çoxunun zədə üzündən oyunu buraxmaq təhlükəsi bizi qorxudur. Ümid edirəm ki, yığmanın düşərgəsinə zədəli gələn Tamaş Kadar və Barnabas Bese, həmçinin hələ komandaya qoşulmayan legionerlər gələn həftə kollektiv məşqlərə qatıla biləcəklər”.

M.Rossi Bakıdakı görüşün çətin keçəcəyini də qeyd edib: “Azərbaycan millisi meydana qələbə ruhu ilə çıxacaq. Meydan sahibləri ilk dəqiqələrdən təzyiq göstərməyə çalışacaq. Amma bizim peşəkar komandamız var. Matçın istənilən ssenarisinə hazırıq”.

Qeyd edək ki, iyunun 8-də baş tutacaq Azərbaycan – Macarıstan görüşü “Bakcell Arena”da keçiriləcək.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122