Ötən gün yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıbbackend

Ötən gün yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 31-də törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

İnterPress.Az