Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



AQTA: Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mövsümi xarakterli tədbirlər planı imzalanıb.

Dərc edilib: 1 iyun 2019 [14:05]
Baxış sayı: 6815

”Hazırda Agentliyin regional bölmələri tədbirlər planını icra etməkdədir. Biz çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın və əhalinin sağlamlığı təhdid altında qalmasın”.

İnterPress.Az -ın xəbərinə görə, bunu AQTA sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laborator fəaliyyət göstərir: “Bu laboratoriyalar dan 6-sı Abşeronda, 15 laboratoriya isə regionlarda yerləşir. Dövri olaraq bütün laborator müayinələrə nümunələr götürülür və ekspertizalar aparılır”.

Q. Təhməzli qeyd edib ki, keyfiyyətinə və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalı qadağan olunur: “Əgər məhsulların keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir”.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121