Qaxda avtomobillə motosiklet toqquşubbackend

Qaxda avtomobillə motosiklet toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Qax rayonun sakininin idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə Qaxbaş kənd sakini 1996-cı il təvəllüdlü Şiosşvili Laşa Meraboviçin idarə etdiyi qoşqulu motosiklet toqquşub. Qəzadan sonra VAZ markalı avtomobildə olanlardan heç kəs xəsarət almasa da, motosikletin sürücüsü L. Şiosşvili aldığı bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən ONA-ya bildirilib ki, L. Şiosşviliyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın əsəb xəstəlikləri şöbəsində aparılır.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterPress.Az