Gəncədə yerə basdırılmış əl qumbarası tapılıbbackend

Gəncədə yerə basdırılmış əl qumbarası tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “F-1” əl qumbarası aşkar olunub. Şəkillərdən göründüyü kimi, qumbara yerə basdırılmış vəziyyətdə tapılıb.

ANAMA əməkdaşları qumbaranı zərərsəzləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparıblar.

Əl qumbarasının ətrafında 150 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

İnterPress.Az