Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycanla oyunun nəticəsi bizim çıxışımızdan asılı olacaq"

"Qarşıdakı oyunun nəticəsi, ilk növbədə, bizim çıxışımızdan asılı olacaq".

Dərc edilib: 3 iyun 2019 [10:12]
Baxış sayı: 3054

İnterPress.Az-ın məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi iyunun 8-də Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunu barədə danışarkən deyib. İtaliyalı mütəxəssisin fikrincə, ev sahibləri meydana hücum ovqatında çıxacaqlar və təzyiq göstərmək istəyəcəklər. Lakin o, komandasının oyuna köklənərək, motivasiya olunduğunu vurğulayıb: "Mayın 28-dən 4 dəfə yığmanın Telkidəki bazasında çalışaraq, lazımi işləri görmüşük. Amma bir çox futbolçumuzun bizimlə olmamasından irəli gələn ehtiyatlanmalarımız var. Bu həftənin əvvəlindən müdafiəçilərimiz də daxil olmaqla, bütün komandaya ümid edə bilərik".

55 yaşlı baş məşqçinin sözlərinə görə, dəvətlilərdən Tamaş Kadar və Barnabaş Bese yığmanın düşərgəsinə zədəli gəlib. Botond Barat isə komandaya iyunun 1-də qoşulub.

Rossi hazırda inşa olunan və AVRO-2020-nin qrup mərhələsinin 3, 1/8 final mərhələsinin isə 1 oyununu qəbul edəcək "Puşkaş Arena"da gördüklərindən heyran olduğunu və Macarıstan millisinin gələn il bu arenada da təşkil olunacaq Avropa çempionatının oyunlarına çıxa biləcəyinə ümid etdiyini də əlavə edib.

Qeyd edək ki, iyunun 8-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək. Macarıstan 2 oyundan 3 xal topladığı halda, Azərbaycan keçirdiyi yeganə matçdan xalsız ayrılıb.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121