Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandıbackend

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, K.Volanski İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının qarşılaşdığı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarının gözündən yayınaraq meydana daxil olmuş, bununla da oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.

Bundan sonra modelin “Instagram”dakı səhifəsinin izləyicilərinin sayı bir neçə dəqiqə ərzində 10 minlərlə artmışdı.

Qeyd edək ki, KVolanski rusiyalı bloqer, “YouTube”da 2,2 milyon izləyicisi olan “Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydana üzərində məhz “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı.

Xatırladaq ki, finalda “Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

İnterPress.Az