Azərbaycanlı Rusiyada soyğunçu tərəfindən döyülübbackend

Azərbaycanlı Rusiyada soyğunçu tərəfindən döyülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”Nevskie Novosti\”yə istinadən xəbər verir ki, hücum edən şəxs məntəqənin azərbaycanlı və özbəkistanlı iki əməkdaşını döydükdən sonra kassdan 170 min rubl (təxminən 4400 manat) götürərək hadisə yerindən qaçıb.

Zərərçəkənlər tibbi yardıma ehtiyac duyublar.

Məlumdur ki, onlardan biri açıq kəllə-beyin travması, baş beynin zədələnməsi və təpə sümüyünün qırılması diaqnozu ilə ağır vəziyyətdə reanimasiyadadır.

Digər zərərçəkən isə beyin silkələnməsi, qapalı kəllə-beyin travması və əl qırılması diaqnozu ilə xəstəxanaya qəbul edilib. Həkimlər onun vəziyyətini orta kimi qiymətləndirib.

Polis hücum edən şəxsi axtarır.

İnterPress.Az