Milli Məclisin növbədənkənar sessiyasının plenar iclaslarının sayı artırılıbbackend

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclaslarının sayı artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, parlamentin növbədənkənar sessiyasında 3 deyil, 4 plenar iclasının keçirilməsi nəzərdə tutulur.

İyunun 13-də də plenar iclasın keçirilməsi planlaşdırılır. Beləliklə, plenar iclaslar iyunun 13-də, 14-də, 28-də və iyulun 12-də keçiriləcək.

Əlavə bir iclasın da keçiriləcəyi istisna deyil.

Xatırladaq ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatıb.

Qeyd edək ki, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.

İnterPress.Az