Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar varbackend

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, hadisə rayonun Garıs Əyribənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, \”AzSamand\” markalı minik avtomobili velosipedlə qarşısına çıxan həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ramil Mirələm oğlu Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirərərək yoldan çıxaraq aşıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az