Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Zirədən ayrılan futbolçunun yeni komandası müəyyənləşib

"Sumqayıt" klubu 2019/2020 mövsümü üçün ilk transferini reallaşdırıb.

Dərc edilib: 3 iyun 2019 [16:29]
Baxış sayı: 4637

İnterPress.Az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə yollarını ayıran Vüqar Mustafayevi heyətinə cəlb edib. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Mustafayev yeni klubunda 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və Azərbaycan millisinin də (1 oyun) formasını geyinmiş Mustafayev U-23 yığmasının heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.


İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121