Klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşibbackend

Klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”Associated Press\”ə istinadən xəbər verir ki, növbəti iki turnir Qətərdə təşkil olunacaq. Yarışlar 2022-ci il ölkədə keçiriləcək dünya çempionatına hazırlıqların bir hissəsi olacaq. 2017 və 2018-ci ildəki mundial BƏƏ-də keçirilib.

Qeyd edək ki, klublararası dünya çempionatı hər ilin dekabrında 7 komandanın iştirakı ilə təşkil olunur.

FIFA mart ayında turnirin formatını dəyişib. 2021-ci ildən iştirakçıların sayı 7-dən 24-dək artacaq. Onlardan 8-i UEFA, 6-sı Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), hər biri üç təmsilçi olmaqla, Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF), Afrika Futbol Konfederasiyası (CAF) və Asiya Futbol Konfederasiyasını (AFC), bir komanda isə Okeaniya Futbol Konfederasiyasını (OFC) təmsil edəcək. Yeni formata görə turnir hər 4 ildən bir yay aylarında baş tutacaq.

İnterPress.Az