Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu il Bakı məktəblərini 49 833 şagird bitirəcək

2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək.

Dərc edilib: 4 iyun 2019 [11:33]
Baxış sayı: 3369

Bu barədə "Report"un sorğusuna cavab olaraq idarədən məlumat verilib.

Paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 399 nəfər bitirəcək.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 424 118 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 563 müəllim fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində paytaxt üzrə 264 ümumi təhsil məktəbində fəaliyyət göstərən 919 məktəbəhazırlıq qrupunu 23 840 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 90 faizini təşkil edəcək.

İyunun 4-nə (saat 10:00) olan məlumata əsasən, 2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 44 875 sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121