AXCP Sumqayıtda restoranla anlaşdıbackend

AXCP Sumqayıtda restoranla anlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a partiyanın şəhər təşkilatının sədri İsa Qurbanov deyib. Onun sözlərinə görə, konfransın keçiriləcəyi tarix hələ tam dəqiqləşdirilməsə də, əsas problem olan yer məsələsinin həllində müəyyən nəticə əldə edilib. Belə ki, müxalif partiyanın şəhər təşkilatının nümayəndələri Sumqayıtdakı restoranlardan biri ilə bu məsələdə razılığa gəliblər. Lakin şifahi əldə edilən razılıq hələ rəsmiləşdirilmədiyindən restoranın adı açıqlanmır: “Həmin restoranda bizə 100 nəfərlik zal icarəyə veriləcək”.

Xatırladaq ki, bir müddət əvvəl partiyanın şəhər təşkilatının konfransının keçirilməsi ilə bağlı problem yaranmışdı. Buna görə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovu məhkəməyə verməyə hazırlaşan AXCP-yə daha sonra başçının müavininin imzası ilə razılıq məktubu göndərilmişdi. Ancaq icra hakimiyyətə konfransın keçirilməsinə etiraz etməsə də tədbir üçün yer ayırmaqdan imtina etmişdi.

Elnarə
İnterpress.az