QHT Şurasının təşkilatçılığı ilə ictimai müzakirə aparıldı – FOTObackend

QHT Şurasının təşkilatçılığı ilə ictimai müzakirə aparıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə QHT Şurasının sədri Azay Quliyev özünün twitter səhifəsində məlumat verib.

Tədbirdə Milli Məclisin deputatları və QHT ekspertləri iştirak edib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Şura ilə Milli Məclis arasında 2014-cü ildə imzalanan Memoranduma uyğun olaraq “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsinin təşkil olunduğunu bildirib. Milli Məclisin komitə sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən QHT ekspertləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, həmçinin rəy və təkliflərini səsləndiriblər. Tədbirdə qaldırılan məsələlərə Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid aydınlıq gətirib. Müzakirələrin davam etdirilməsi ilə bağlı tədbirdə ümumi razılıq əldə olunub.

QHT Şurasının təşkilatçılığı ilə ictimai müzakirə aparıldı - FOTO

QHT Şurasının təşkilatçılığı ilə ictimai müzakirə aparıldı - FOTO

İnterPress.Az