Hitlerin bığını təqlid etdi, istefaya göndərildibackend

Hitlerin bığını təqlid etdi, istefaya göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, buna onun Adolf Hitlerin saç və bığını təqlid etdiyi fotosunun mətbuata sızması səbəb olub. Bu günə qədər Pegida Hərəkatının ifrat sağ ilə münasibətinin olmadığını deyən Baxman “facebook”da yaydığı mesajda bu fotoşəklin bir zarafat olduğunu bildirib.

“Bild” qəzetində yer alan xəbərə görə, bir müddətdir ictimai təzyiq altında olan Baxman istefa qərarını Pegida Hərakatının öncülləriylə Drezdendəki danışıqlardan sonra alıb. Digər tərəfdən Drezden Prokurorluğu da Baxman haqqında “xalqı təhrik etmə” maddəsi ilə araşdırmalara başlayıb.

Xatırladaq ki, Periga Hərəkatı başda Drezden olmaqla Almaniyanın bir çox şəhərlərində islam və müsəlman miqrantlar əleyhinə mitinqlər keçirməyi ilə gündəmə gəlib.

İnterpress.az