Özbəkistan prezidentliyinə 4 namizəd varbackend

Özbəkistan prezidentliyinə 4 namizəd var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ölkəni 7 il idarə edəcək yeni prezidentliyə namizədləri parlamentin aşağı palatasında təmsil olunan partiyalar irəli sürüb. Keçən il dekabrın 21-də keçirilən parlament seçkilərində 75 deputatla qalib olmuş hakim Liberal Demokrat Partiyasından namizəd İslam Kərimovdur.

36 yer qazanaraq ikinci yerdə qərarlaşan Milli Tiklaniş Demokrat Partiyasından Akmal Salimov, 27 yerlə üçüncü olan Xalq Demokrat Partiyasından Hotamcon Ketmanov və 20 yerlə dördüncü olan Sosial Demokrat Partiyasından Nariman Umarov seçkidə iştirak edəcək.

Özbəkistanda son prezident seçkisi 2007-ci ilin dekabrında keçirilib və həmin seçkidə də 4 namizəd iştirak edib.

Ölkənin seçki qanununa görə, namizəd Özbəkistan vətəndaşı olmalı və 35 yaşı tamam olmalıdır. Namizədliyini irəli sürənə qədər ən azı 10 il Özbəkistanda yaşamış olması və dövlət dilini bilməsi vacibdir. Prezident 7 illiyə seçilir və 18 yaşı tamam olan hər kəsin seçmək azadlığı var.

Özbəkistanın 31 milyonluq əhalisindən 21 milyonun səsvermə hüququ var. İslam Kərimov son seçkidə seçkidə iştirak edənlərin 88,1 faizinin səsini qazanıb. Onun dövlət rəhbərliyi 1990-cı ildən bəri davam edir.

İnterpress.az