Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İsrail prezidentinin həyat yoldaşı vəfat edib

İsrail Prezidenti Reuven Rivlinin həyat yoldaşı Nexama Rivlin 74 yaşında vəfat edib.

Dərc edilib: 4 iyun 2019 [13:59]
Baxış sayı: 4414

İnterPress.Az “Newsru.co”ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “Twitter” səhifəsində bildirib.

2017-ci ildə təqaüdə çıxan Nexama Rivlin ağciyərin firbozu xəstəliyindən əziyyət çəkirmiş. Ağciyərin köçürülməsini iki il gözləyib.

Bildirilib ki, Nexama Rivlin 1945-ci il iyunun 5-də Ukraynanın Xerut qəsəbəsində anadan olub. 1964-cü ildə Yəhudi Universitetinə daxil olaraq botanika və genetika sahələrini öyrənib. 1970-ci ildə Reuvenlə Nixama tanış olub, bir il sonra ailə qurublar. Cütlüyün Ran, Anat və Rivi adlı üç övladı var.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121