Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Keçmiş məhkum kafedə müştəriləri bıçaqladı

Bakıda kafelərdən birində keçmiş məhkum müştərilərə bıçaqla hücum edib.

Dərc edilib: 4 iyun 2019 [14:46]
Baxış sayı: 12369

Sabunçu Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə iyunun 3-də saat 01:20-də Sabunçu qəsəbəsi, Gənclik küçəsində yerləşən kafedə qeydə alınıb.

Yerli sakinlər – 27 yaşlı Asif Ramiz oğlu Göyüşov və 27 yaşlı Müşfiq Etibar oğlu Allahverdiyev bıçaq zərbələrinə məruz qalıblar. Hər iki zərərçəkən 3 saylı Şəhər kliniki xəstəxanasına müraciət edib. A.Göyüşov qarın nahiyəsindən, digəri isə yüngül xəsarət alıb.

13-cü Polis Bölməsi əməkdaşlarının operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. O, vaxtilə məhkumluq həyatı yaşamış 56 yaşlı Əziz Teymurşah oğlu Əzizovdur.

Məlum olub ki, cinayət vaxtı hər üç şəxs sərxoş olub. Münaqişə yersiz mübahisə səbəbindən çıxıb.

Qeyd edək ki, ötən sutka Binəqədi rayonunda da bıçaqlanma hadisəsi olub. Saat 21:00-da 31 yaşlı Vüqar Şöhrət oğlu Əliyev qarın nahiyəsindən və ayağından bıçaq xəsarətləri alıb.

5-ci Polis Bölməsinin əməkdaşları cinayətdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar. Təfərrüat barədə məlumat verilmir.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179