Ağsuda avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıbbackend

Ağsuda avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, hadisə bu gün rayonun Ağarx kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1974-cü il təvəllüdlü Nağıyev Mahmud Abduləziz oğlunun idarə etdiyi \”VAZ-2106\” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Mahmud Nağıyev, sərnişinlər -1964-cü il təvəllüdlü Mirzəliyeva Nailə Həmid qızı və 1976-cı il təvəllüdlü Mərdan Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

İnterPress.Az