Milli Məclisin üzvü dayanacaqlarla bağlı təklif irəli sürübbackend

Milli Məclisin üzvü dayanacaqlarla bağlı təklif irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə deyib.

O, Bakının Nizami rayonunda yerləşən parkın yolunun şlaqbaumla kəsilməsindən şikayətlənib: “8-ci km qəsəbəsində I vitse-prezidentin tapşırığı ilə park salınıb. Amma kimsə avtomobillərin ora keçməməsi üçün şlaqbaum qoyub. Bu məsələdən bələdiyyələrin xəbəri var?! Yəqin ki, orada yaşayanlar, avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, bu zaman necə olacaq? Yaxud Təcili Tibbi Yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək? Ümumiyyətlə, bu dayanacaqların bir əsasnaməsi olmalıdır”.

İnterPress.Az