Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hesablama Palatasında kollegiya iclası keçirilib

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Dərc edilib: 4 iyun 2019 [17:02]
Baxış sayı: 7535

İnterPress.Az quruma istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun təhlilinə dair;

- Dövlət büdcəsindən beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılan vəsaitlərin istifadəsinə dair.

Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, qərarların icrası üçün aidiyyəti qurumlara onların göndərilməsinə, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara verilib.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 123