AXCP fəalının cəzası 6 ildən 3 ilə endirilibbackend

AXCP fəalının cəzası 6 ildən 3 ilə endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, kassasiya şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiya baxıb.

Kollegiyanın qərarına əsasən, Orxan Baxışlının barəsindəki hökm dəyişdirilərək, 6 il azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, O.Baxışlı Cinayət Məcəlləsinin 234.2. (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhruim edilib.

İnterPress.Az