Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyə ABŞ ilə Rusiyadan gizli S-400 danışıqları aparır?

Keçən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub

Dərc edilib: 5 iyun 2019 [10:24]
Baxış sayı: 6944

İnterpress.az xəbər verir ki, danışığın gedişində Ərdoğan ABŞ-lı həmkarına S-400 məsələsi ilə bağlı birgə çalışmaq üçün ortaq qrup yaradılmasını təklif edib.

Bu dünya mediasının gündəminə çevrilmiş və bəzi mənbələr sözügedən məsələni Türkiyənin Rusiyadan gizli S-400 danışıqları aparması kimi qiymətləndirmişdi.

Bu gün rəsmi Kreml məsələyə aydınlıq gətirib. Kreml sözcüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bunun Türkiyənin şəxsi işi olduğunu qeyd edib:

“Ankaranın bizə məlumat verməsi önəmli deyil. İki ölkə arasındakı danışıqların predmeti bizim məsələmiz deyil. Biz sadəcə türkiyəli ortaqlarımızla reallaşmaqda olan S-400 sistemlərinin quraşdırılması üzərində ciddi səylə işləyirik. Türkiyə öz planlarını ikinci və üçüncü ölkələrlə istədiyi zaman bölüşə bilər”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121