Gürcüstanda azərbaycanlı ər-arvad vəhşicəsinə öldürüldübackend

Gürcüstanda azərbaycanlı ər-arvad vəhşicəsinə öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gürcüstanın Qardabani rayonunda azərbaycanlı ər və arvad xüsusi amansızlıqla qətlə yetirilib.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Onlar küt alətlə qətlə yetirilib və tanınmaz hala salınıb, hətta qohumları həmin şəxsləri tanıya bilməyib.

Kişi və həyat yoldaşı Qardabanidə kiçik bizneslə məşğul olurmuş, lakin cinayətkarlar evdən heç nə götürməyib.

Bildirilir ki, qətlə yetirilmiş ailənin oğlu Rusiyada yaşayır.

Qohumlar qətlin qisas məqsədilə törədildiyini hesab edirlər. Deyirlər ki, qatillər evin divarlarına bu sözləri yazıblar: “Vaxtında gəl, səninlə hesablaşaq”.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar və ya şübhəlilər yoxdur.