Qazaxıstanda “sükut günüdür”backend

Qazaxıstanda “sükut günüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporpress.az bildirir ki, şənbə günü gecəyarıdan başlayaraq, “sükut günü” elan olunur. Bu gün prezident postuna olan namizədləri dəstəkləmək üçün aparılan istənilən təşviqat kampaniyası qadağa olunur. Bu qadağa seçki günü də qüvvədə olacaq. Lakin şəhərlərdə və yaşayış məntəqələrində artıq yerləşdirilmiş siyasi reklam plakatları əvvəlki yerlərində qala bilərlər. Əsas odur ki, seçki məntəqələri yaxınlığında heç bir təşviqat məhsulu olmasın.

Xatırladaq ki, martın 19-da Nursultan Nazarbayev dövlət başçısı postundan imtina etdiyini bildirmişdi. Bununla yanaşı həmin an üçün Senata (parlamentin yuxarı palatası) rəhbərlik edən Kasım-Jomart Tokayevi isə özünün xələfi elan etmişdi.

Qeyd edək ki, hazırda 66 yaşlı Tokayevlə yanaşı, Qazaxıstan prezidenti postu uğrunda daha altı namizəd mübarizə aparır.

Diasporpress.az