Rusiya şirkəti “RUBLEVSKAYA” dan Azərbaycana qarşı hörmətsizlikbackend

Rusiya şirkəti “RUBLEVSKAYA” dan Azərbaycana qarşı hörmətsizlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyanın məşhur kolbasa şirkəti olan “Rublevskaya” şirkəti Azərbaycan dövlət dilinə qarşı hörmətsizlik edib. Şirkət Nərimanov r-nu, Bakıxanov küçəsində yeni istifadəyə verdiyi mağazanın reklam lövhəsini böyük hərflərlə Rus dilinə yazıb. Azərbaycan dilindəysə kiçik və oxunması mümkün olmayan şəkildə tərcüməsi qeyd olunub.

Qeyd edək ki, Reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili haqqında bir çox qanunlar qəbul olunub, fərmanlar imzalanıb. 1 noyabr 2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb. Sərəncam, Azərbaycan dilinin saflığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsinə xidmət edir.
Ancaq görünür, ölkəmizdə fəaliyyət göstərən Rus şirkəti “Rublevskaya”ya rəhbərliyi qanunlarımızdan xəbərsizdir və ya onlar üçün Azərbaycan dilinin önəmi yoxdur. Ümüdvarıq ki, ölkəmizə və dövlət dilimizə qarşı bu tərbiyəsizlik ən tez bir zamanda aradan qaldırılacaq və şitkət rəsmi olaraq Azərbaycan xalqından üzr istəyəcək.

Mövzunu davam etdirəcəyik.

İnterpress.az