BDU 100 ilin ən möhtəşəm məzun gecəsini keçirəcəkbackend

 BDU 100 ilin ən möhtəşəm məzun gecəsini keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rəhbərliyi, Universitetin 100 illiyi ilə əlaqədar olaraq 2019-cu il məzunları üçün məzuniyyət gününü “Bakı Kristal zalında” keçirməyi planlaşdırır. Təbdir iki hissədən ibarət olacaq. İlk hissəsində rəsmi  çıxışlar və təltifetmə mərasimi, ikinci hissə isə konsert və əyləncəli proqramlar olacaq.

Tədbirdə iştirak etmək istəyən məzunlar sadəcə xüsusi rəng kompozisiyası və dizaynıyla bu ilə xass olan mantiyanı almaqla qeydiyyatdan keçib iştirak edə biləcəklər. Qeydiyyat üçün son tarix 19 İyun 2019-cu il nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdə ancaq BDU-nun 2019-cu il məzunları iştirak edə biləcək.

İnterpress.az
Ruslan Yusif