Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nümunəvi sürücü və yol polisləri mükafatlandırılacaq Yeni layihə

Onlar cəmiyyətə tanıdılaraq müsbət təcrübələri təbliğ ediləcək

Dərc edilib: 10 iyun 2019 [14:14]
Baxış sayı: 11082

İnterpress.az məlumat verir ki, Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihəsinin icrasına başlayır. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, qəzaların səbəbləri, qarşısının alınması üçün tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti ilə bağlı maarifləndirmə işləri aparılacaq, xidmətdə fərqlənən DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq.
Bakı və Gəncə şəhərlərində təşkil olunacaq tədbirlərdə yol hərəkəti qaydalarının təbliği, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqi təşviqi, yol qəzalarının, o cümlədən piyada vurma hadisələrinin əsas səbəblərinin araşdırılması, yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması istiqamətində maarifləndirmə işləri aparılacaq.
Əsas məqsəd baş verən yol qəzalarının ağır fəsadlara səbəb olması və bu hallardan kimsənin sığortalanmadığını nəzərə alaraq bütün yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə istiqamətləndirməkdir.
Layihə çərçivəsində Dövlət Yol Polisi əməkdaşları və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər seçilərək mükafatlandırılacaq və onlar cəmiyyətə tanıdılaraq müsbət təcrübələri təbliğ ediləcək.
Layihənin rəhbəri “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlıdır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162