Bu ilin sonunadək Bakı metrosunda 30 köhnə vaqon yenisi ilə əvəzlənəcəkbackend

Bu ilin sonunadək Bakı metrosunda 30 köhnə vaqon yenisi ilə əvəzlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında \”Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, cari il ərzində köhnə vaqonlar 30 yeni vaqonlarla əvəzlənəcək. Yeni nəsil vaqonların bir çox parametrləri ilə digər vaqonlardan seçilir.

\”Vaqonların arasının açıq olması ilk növbədə sərnişinlərin bərabər və sərbəst paylanmasını təmin edir. Bu vaqonlar həmçinin səs və istilik izolyasiyası ilə təmin olunub. Sərnişinlərin ən çox narahat edən məsələlərdən biri kondisioner və ventilyasiya məsələsidir ki, bu vaqonlar kondisioner və havalandırma sistemləri ilə təchiz olunub\”, – deyə H. Məmmədov bildirib.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC ilə Rusiyanın \”Transmaşholdinq\” Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır. Cari il ərzində Rusiya müəssisəsi tərəfindən “Bakı Metropoliteni” üçün daha 20 vaqon istehsal ediləcək. (apa)

İnterpress.az