Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rusiyada azərbaycanlı gənci yandırdılar ŞOK!!!

Rusiyanın Samara şəhərində azərbaycanlı gənc şəxsi avtomobilində yandırılıb.

Dərc edilib: 11 iyun 2019 [17:00]
Baxış sayı: 15102

İnterpress.az xəbər verir ki, bununla bağlı “Poxvistnevo-İnform” portalı məlumat yayıb.

Bildirilir ki, həmin şəxs Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Elmir Cəfər oğludur.

Onun cəsədi Poxvistnevsk rayonunun Matyan qəsəbəsi ərazisində yanmış “Qazel” markalı maşından tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, o, öldürüldükdən sonra yandırılıb.

Verilən məlumata görə, E.Əhmədov rayonda evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub və azərbaycanlını qətlə yetirib. Cinayətin izini itirmək üçün onu E.Əhmədova məxsus avtomobillə rayon kənarına çıxarıb. Daha sonra qatil azərbaycanlının ayağına benzin töküb və od vurub.

Qadının taleyi ilə bağlı heç bir məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164