Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



AFFA Nikola Yurçeviçdən hesabat tələb edib

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Slovakiya oyunundan sonra AFFA-nın İcraiyyə Komitəsinin təcili yığıncağı keçirilib.

Dərc edilib: 12 iyun 2019 [11:00]
Baxış sayı: 2253

İnterpress.az-ın məlumatına görə, toplantı yığmamızın 1:5 hesabı ilə uduzduğu görüşdən dərhal sonra təşkil olunub.

Nəticədən narazı qalan AFFA rəhbərliyi komitə üzvlərini oyunun keçirildiyi “Bakcell Arena”da bir yerə yığıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və komitə üzvlərinin qatıldığı iclasa millinin baş məşqçisi Nikola Yurçeviç də dəvət olunub.
Komandanın ağır məğlubiyyətindən narazı qalan AFFA rəhbərliyi iradlarını xorvatiyalı mütəxəssisə bildirib. N.Yurçeviçdən məğlubiyyətlə bağlı hesabat tələb olunub.

Qeyd edək ki, qarşısına final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulan yığmamız seçmə mərhələdə keçirdiyi hər üç oyunda uduzub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121