Çe Gevaranın yazıçı nəvəsi vəfat etdibackend

Çe Gevaranın yazıçı nəvəsi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun ürəyində həyata keçirilən mürəkkəb cərrahi əməliyyatdan sonra Mexikoda keçinməsini “The Latin American Herald Tribune” xəbərləyib.

Yazıçı kimi tanınan Canek Sançesin 40 yaşı vardı. O, Çe Gevaranın qızı İldita ilə meksikalı Alberto Sançesin nikahından doğulmuşdu.

Kuba inqilabına tənqidi münasibət bəsləyən nəvə Gevara deyirdi ki, “bu inqilab nə demokratik, nə də kommunist mahiyyətli olub”. O, adı dillərdə gəzən əfsanəvi komandantenin qohumu olmağını özünə yük sayır, belə qohumluğun onun yaşam biçimini, davranışlarını heç istəmədiyi çərçivəyə saldığını bildirirdi: “Mən azadlığa hər şeydən çox dəyər verən şüurlu eqoist kimi yaşamağa üstünlük verirəm”.

Onun babası Ernesto Rafael Gevara Latın Amerikasında “Çe “ayaması ilə tanınan, 1959-cu il Kuba inqilabına qatılan və bu ölkənin dövlət xadimi olan məşhur inqilabçı idi.

Çe Afrikadakı əməliyyatlarda iştirak etmiş, daha sonra Boliviyada partizan savaşını yaymağa çalışmış, ancaq 1967-ci ildə tutulub güllələnmişdi.

Ölümündən sonra Çenin adı dillərə düşmüş və azadlıq uğrunda solçu təsəvvürlü mübarizənin rəmzinə çevrilmişdi.

İnterpress.az