İnterpress.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın prezidenti Giorgi Tsereteli bildirib.
Onun sözlərinə görə, ATƏT Parlament Assambleyası bir çox istiqamətlərdə – münaqişələrin qarşısının alınması və həlli, iqtisadi əməkdaşlıq, insan hüquqları sahəsində fəaliyyət göstərir.
Giorgi Tsereteli qeyd edib ki, qətnamələri qəbul etmək və Parlament Assambleyasında müzakirələr aparmaqla yanaşı, ATƏT PA-nın əsas məqsədi milli parlamentlərlə – Almaniya Bundestaqı, Türkiyə parlamenti və Azərbaycan Milli Məclisi ilə sıx şəkildə işləməkdir: \”Ümid edirik ki, gələcəkdə bu format genişlənəcək və daha çox ölkə sülhə, stabilliyə və əməkdaşlığa töhfə vermək məqsədilə platforma qoşulacaq. Bu, çox inklüziv prosesdir\”.
İnterpress.az