“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı digər ölkələr üçün örnək olacaq”- Hulusi Akarbackend

“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı digər ölkələr üçün örnək olacaq”- Hulusi Akar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirilən üçtərəfli görüşündən sonra təşkil olunan brifinqdə bildirib.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar əlavə edib ki, Cənubi Qafqaz mövzusunda ortaq mövqeyə sahib olan Zakir Həsənov və Levon İzoriya ilə bir araya gələrək, regional məsələləri və ölkələrin vəziyyətini müzakirə ediblər: “Əməkdaşlığımızın mövcud vəziyyəti, perspektivləri barədə fikir mübadiləsi apardıq. Üç ölkənin yerləşdiyi coğrafiya neft və təbii qaz kimi önəmli enerji mənbələrinin işlənməsi, onların dünyanın digər bölgələrinə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiya beynəlxalq aktorların da qarşı-qarşıya gəldiyi, üzərində xüsusi durduğu bölgədir. Bu səbəbdən üç ölkənin əməkdaşlığı, birlikdə fəaliyyət göstərməsi çox önəmlidir”. (apa)

İnterpress.az