Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyə S-400 müdafiə sistemini alıb- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın toplantısında S-400 müdafiə sistemlərilə bağlı məsələyə aydınlıq gətirib.

Dərc edilib: 13 iyun 2019 [10:40]
Baxış sayı: 3023

İnterpress.az Türkiyə KİV-ə istinadla verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Türkiyə S-400 müdafiə sistemini artıq alıb: "Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm. Bu iş artıq bitmişdir. Önümüzdəki ay bu sistemin ölkəmizə çatdırılması prosesi həyata keçiriləcək”.

Türkiyə Prezidenti diqqətə çatdırıb ki, onlara verilmiş dəstəyə qarşılıq vermək məcburiyyətindədirlər.

Ərdoğan F-35 döyüş təyyarələrilə də bağlı fikirlərini dilə gətirib. Qeyd edib ki, Türkiyə F-35-lərin yalnız müştərisi deyil, eyni zamanda istehsalçı ortağıdır: “İndiyə qədər biz 1 milyard 250 milyon dollar ödəmişik. F-35 layihəsinin gerçəkləşməsi istisna edilməməlidir”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 123