Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"MDB-nin informasiya məkanı açıq olmalıdır"- Putin

“MDB-nin informasiya məkanı açıq, təhlükəsizlik məqsədilə minimal həcmdə məhdud olmalıdır”.

Dərc edilib: 13 iyun 2019 [13:29]
Baxış sayı: 12301

İnterpress.az xəbər verir ki, bunu "MİR" telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

"Birincisi, MDB-nin informasiya məkanı açıq olmalıdır. Burada minimal həcmdə məhdudlaşdırmalar olmalıdır. Əgər məhdudlaşdırmalar varsa, o zaman onlar istisnasız olaraq ancaq təhlükəsizliklə, əxlaq və mənəviyyatın hansısa ümumi qəbul olunmuş elementləri ilə əlaqədar olmalıdır", - deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, informasiya məkanı ona görə açıq olmalıdır ki, informasiya mənbələri qorunsun və effektiv işləyə bilsinlər: “Bununla belə, onlar nə qədər az siyasiləşdirilsə, bir o qədər yaxşı olacaq. İnformasiya yayılmalıdır. Azadlıq informasiyanı yayanların deyil, bu informasiyanı istifadə edənlərin marağındadır".


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 163