Paytaxtın Azadlıq prospektində binada yanğın hadisəsi baş verməyib – FHNbackend

Paytaxtın Azadlıq prospektində binada yanğın hadisəsi baş verməyib – FHN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, bu gün səhər saatlarında Azadlıq prospekti, 89 ünvanında beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə paltaryuyan maşının tüstülənməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğınsöndürənlər hadisə yerinə baxış keçirərkən məlum olub ki, tüstülənmənin qarşısı ev sakini tərəfindən alınıb, heç bir yanğın hadisəsi baş verməyib.

İnterpress.az