Şüşəli evdə oturan qadın – Azər Həsrətin yazısıbackend

Şüşəli evdə oturan qadın – Azər Həsrətin yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəlkə də vəkil Aslan İsmayılov qədər kinli, “kor tutduğunu buraxmaz” atalar sözünün ən ideal formada şamil oluna biləcəyi məxluq hələ yer üzünə gəlməyib. İnsan bir neçə ildir dayanmadan ancaq və ancaq iki şəxs haqqında yazır: Ədliyyə naziri Fikrət Məmmədov və Prezidentin köməkçisi Əli Həsənov. Niyə? Çünlki bir türk adamından xeyli pul alıb ki, onun iş adamı Mürvət Həsənli ilə problemini həll edəcək. Ancaq alınmayıb. İndi də Fikrət Məmmədov və Əli Həsənovu hədəfə görütüb onların vasitəsilə bu problemi öz xeyrinə çözməyə çalışır. Çox böyük əminlik var ki, ölən gününə kimi də dayanmayacaq, yazacaq.

Bu siyahını Orduxan Temirxan, Qurban Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi xaricdə oturub, intellektləri və tərbiyələri olmadığına görə, yalnız söyüş istehsal edən ünsürlərlə də davam etmək olardı… Amma bu kateqoriyanın tipajları hamıya məlum olduğu və artıq heç kimi maraqlandırmadığı üçün onlara vaxt itirməyə lüzum görmürük. Ən azından onun fərqindəyik ki, Emin Hüseynov, Sevinc Mirzəyeva (hesab etmirik ki, bu adam mərhum Osman müəllimin adını daşımağa layiqdir) kimi nümunələr də var.

RATİ sədri Emin Hüseynov çox maraqlı tipajdır. Vaxtilə ABŞ-ın – Qərbin Azərbaycanda fəaliyyət göstərən bəzi institutlarının beynini yuyub formalaşdırdığı, çoxmilyonluq qrantlarla təmin etdiyi və hakimiyyətə qarşı yönəltdiyi birisidir. Azərbaycanda yaşadığı dövrdə əsas vəzifəsi “təzyiqə məruz qalmış jurnalist” istehsal etmək olub. Günlərin birində həbsdə olan jurnalistlər üzrə siyahının natamamlığı ucbatından saxtakarlıq yolu ilə İranın “Səhər” telekanalının Bakıda qeyri-qanuni fəaliyyət göstərən nümayəndəsinin sürücüsünü də “repressiya qurbanı” elan etmişdi. “İdeal” qəzetinin reket baş redaktoru Nazim Quliyevi isə Bakıda beynəlxalq tədbirə qatılan Beynəlxalq Jurnalistlər Federasiyasının sabiq rəhbəri Aydan Uayta “söz azadlığının qurbanı” kimi təqdim etdiyinə görə yaxşıca təpki almışdı. Sonra da arvad paltarı geyinib İsveçin Azərbaycandakı səfirliyinə, oradan da xaricə qaçdı.

Bəlkə də vəkil Aslan İsmayılov qədər kinli, “kor tutduğunu buraxmaz” atalar sözünün ən ideal formada şamil oluna biləcəyi məxluq hələ yer üzünə gəlməyib. İnsan bir neçə ildir dayanmadan ancaq və ancaq iki şəxs haqqında yazır: Ədliyyə naziri Fikrət Məmmədov və Prezidentin köməkçisi Əli Həsənov. Niyə? Çünlki bir türk adamından xeyli pul alıb ki, onun iş adamı Mürvət Həsənli ilə problemini həll edəcək. Ancaq alınmayıb. İndi də Fikrət Məmmədov və Əli Həsənovu hədəfə görütüb onların vasitəsilə bu problemi öz xeyrinə çözməyə çalışır. Çox böyük əminlik var ki, ölən gününə kimi də dayanmayacaq, yazacaq.
Bəlkə də yazımızın bütün qəhrəmanları bu və ya digər şəkildə problemlərlə üzləşiblər. Hər halda dövlət onun ayağının altını qazan, donosbazlıqla öz ölkəsini pis vəziyyətə qoyub beynəlxalq gündəm yaratmağa çalışanlardan haqq-hesab sormalıdır. Ancaq başa düşmək olmur ki, hazırda xaricdə yaşayan jurnalist Sevinc Mirzəyeva hansı səbəbədən bu siyahıdadır?

Bu yaxınlarda xarici mediada, özü də məşhur “Time” jurnalında qəribə bir məlumat yayıldı. Jurnalın iyunun 3-də dərc olunmuş sayında “Yer üzündə mətbuat azadlığına qarşı 10 ən təcili təhdid” adı altında ayrı-ayrı ölkələrdə ciddi problemlər yaşayan qələm sahibləri barədə məlumat verilmişdi. Onların arasında Camal Xaşuggi, Seyum Tsehayen və digər bu kimi qətlə yetirilmiş, uzun illər həbsdə yatmış, çox ciddi problemlər yaşamış 9 şəxsin adı var. Məhz 9 şəxsin. Çünki Sevinc Mirzəyevanın adının bu insanların sırasında 10-cu şəxs kimi hallandırılmasına heç bir məntiqli izah tapmaq mümkün deyil.

Bu xanım hansı təzyiqlə üzləşib, kim ona nə edib, bəlli deyil.

Hazırda ABŞ-da oturub bu dövlətin maliyyəsi ilə “Osmanqızı TV” adlı layihə həyata keçirən və işi-gücü Azərbaycan dövlətinə qarşı qara yaxmaq, ayrı-ayrı fərdləri hədəfə götürüb onların şəxsi həyatına müdaxilə etmək olan bu qadın haqqında bəzi həqiqətləri açıqlamazdan öncə bir məsələni diqqətə çatdırmağı vacib bilirik. Bu günlərdə o, youtube kanalında reket-jutrnalist İkram Rəhimovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunması ilə bağlı yayımladığı videomaterialda bildirib: “Bunun əsas səbəbi Əli Həsənovdur (Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi nəzərədə tutulur), ona yazılmış açıq məktubdur. Bu məktubun yazılmasından 4 saat sonra İ.Rəhimov həbs olunub. Biz növbəti dəfə məmurun jurnalistə qarşı cinayət işi açmasının şahidiyik. İ.Rəhimov da bildirib ki, siyasi sifarişdir. Birbaşa Əli Həsənovu tənqid etməsindən sonra baş verib. Heç şübhə etmirəm ki, onun adı siyasi məhbuslar siyahısında olacaq”.

Sevinc Mirzəyevanın iddialarının nə dərəcədə düzgün olub-olmaması məsələsinə aydınlıq gətirəcəyik. Lakin bundan öncə bu qadının özü haqqında bəzi fikirləri bölüşməyə ehtiyac olduğunu düşünürük.

RATİ sədri Emin Hüseynov çox maraqlı tipajdır. Vaxtilə ABŞ-ın – Qərbin Azərbaycanda fəaliyyət göstərən bəzi institutlarının beynini yuyub formalaşdırdığı, çoxmilyonluq qrantlarla təmin etdiyi və hakimiyyətə qarşı yönəltdiyi birisidir. Azərbaycanda yaşadığı dövrdə əsas vəzifəsi “təzyiqə məruz qalmış jurnalist” istehsal etmək olub. Günlərin birində həbsdə olan jurnalistlər üzrə siyahının natamamlığı ucbatından saxtakarlıq yolu ilə İranın “Səhər” telekanalının Bakıda qeyri-qanuni fəaliyyət göstərən nümayəndəsinin sürücüsünü də “repressiya qurbanı” elan etmişdi. “İdeal” qəzetinin reket baş redaktoru Nazim Quliyevi isə Bakıda beynəlxalq tədbirə qatılan Beynəlxalq Jurnalistlər Federasiyasının sabiq rəhbəri Aydan Uayta “söz azadlığının qurbanı” kimi təqdim etdiyinə görə yaxşıca təpki almışdı. Sonra da arvad paltarı geyinib İsveçin Azərbaycandakı səfirliyinə, oradan da xaricə qaçdı.
Sevinc Mirzəyeva Azərbaycanın tanınmış jurnalisti, yazıçısı və publisisti Osman Mirzəyevin qızıdır. Uzun müddət jurnalistika sahəsində çalışıb, həmçinin Xarici İşlər Nazirliyində, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyib. Həyat yoldaşı Azər Xəlilov uzun illər BBC-də çalışıb, CBC telekanalına rəhbərlik edib, indi isə ATV telekanalının rəhbəridir. Maraqlıdır ki, tanınmış ailədə doğulmasına, yaxşı iş təcrübəsi, ailəsi olmasına baxmayaraq, S.Mirzəyeva 2012-ci ilin avqustunda Azərbaycanı tərk edib və daimi yaşamaq üçün ABŞ-a köçüb.

Əlbəttə, kimsə buna pis baxmır, harda və necə yaşamaq hər bir insanın öz seçimi, öz hüququdur. Lakin…

Sevinc Mirzəyeva Azərbaycanı tərk edərkən həyat yoldaşının razılığı olmadan və təbii ki, qeyri-qanuni şəkildə iki azyaşlı övladını da ölkədən çıxarıb. Şübhəsiz, bu, cinayətdir.

Bu yaxınlarda Sevinc Mirzəyevanın xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə sevgi yazışmasının üzə çıxması bu insanın ciddi təsir altında olduğunun göstəricisidir. Hazırda onun həyata keçirdiyi media layihəsinin də bu orqanlar tərəfindən maliyyələşdirildiyi və yönəldildiyi heç bir şübhə doğurmur.

Sevinc Mirzəyeva ABŞ-da yaşasa da, nikahı pozulmayıb, ailəli hesab olunur və deməli, onun sevgi yazışmaları həyat yoldaşına, uşaqlarının atasına qarşı xəyanətdir. Paradoks ondadır ki, özü cinayətkar olan, mənəviyyatı və əxlaqı şübhə doğuran bu qadın indi Azərbaycan dövlətini, hakimiyyəti, məmurları, vətəndaşları cinayətkar adlandırır. Yəqin hesab edir ki, Azərbaycandan uzaqda, Amerikada şüşəli evdə oturub başqasına daş atmaq olar.
Layihənin xarakterini, yəni Azərbaycan dövlətinə qarşı yönəldildiyini nəzərə alsaq, əminliklə demək olar ki, bu, hələ də vətəndaşımız olan bir şəxsin öz dövlətinə qarşı xəyanətidir.

Sevinc Mirzəyeva ABŞ-da yaşasa da, nikahı pozulmayıb, ailəli hesab olunur və deməli, onun sevgi yazışmaları həyat yoldaşına, uşaqlarının atasına qarşı xəyanətdir. Paradoks ondadır ki, özü cinayətkar olan, mənəviyyatı və əxlaqı şübhə doğuran bu qadın indi Azərbaycan dövlətini, hakimiyyəti, məmurları, vətəndaşları cinayətkar adlandırır. Yəqin hesab edir ki, Azərbaycandan uzaqda, Amerikada şüşəli evdə oturub başqasına daş atmaq olar.

O, yaşadığı ölkənin xüsusi xidmət orqanlarının tapşırıqları əsasında həyata keçirdiyi media layihəsini Azərbaycan dövlətinə qarşı yönəldib Vətənə qarşı xəyanət nümunəsi ortaya qoyur, amma başqalarını xəyanətdə ittiham edir.

Hazırda ABŞ-da oturub bu dövlətin maliyyəsi ilə “Osmanqızı TV” adlı layihə həyata keçirən və işi-gücü Azərbaycan dövlətinə qarşı qara yaxmaq, ayrı-ayrı fərdləri hədəfə götürüb onların şəxsi həyatına müdaxilə etmək olan bu qadın haqqında bəzi həqiqətləri açıqlamazdan öncə bir məsələni diqqətə çatdırmağı vacib bilirik. Bu günlərdə o, youtube kanalında reket-jutrnalist İkram Rəhimovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunması ilə bağlı yayımladığı videomaterialda bildirib: “Bunun əsas səbəbi Əli Həsənovdur (Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi nəzərədə tutulur), ona yazılmış açıq məktubdur. Bu məktubun yazılmasından 4 saat sonra İ.Rəhimov həbs olunub. Biz növbəti dəfə məmurun jurnalistə qarşı cinayət işi açmasının şahidiyik. İ.Rəhimov da bildirib ki, siyasi sifarişdir. Birbaşa Əli Həsənovu tənqid etməsindən sonra baş verib. Heç şübhə etmirəm ki, onun adı siyasi məhbuslar siyahısında olacaq”.
Həyat yoldaşı ola-ola digər şəxslə eşq macərası yaşayır, ərinə xəyanət edir, amma efirdən xalqa mənəviyyat dərsi keçir.

Çox maraqlıdır, Sevinc Mirzəyeva bu təzadları, törətdiyi cinayət əməlini, xəyanətini necə izah edəcək? Bu qadın ən azından düşdüyü mənəviyyatsızlıq üçbucağının onu və övladlarını hara apardığını dərk etməyə çalışırmı? Düşünürmü ki, bu gün hansısa qüvvənin qanadı altına sığınıb öz dövlətinə və xalqına qarşı törətdiyi bədbin əməllərə, cinayətə görə nə vaxtsa cavab vermək lazım gələcək? Yəqin ki düşünmür. Yeri rahatdır.

Maraqlıdır, REAL TV-nin adını çəkmədən bir qadın jurnalistin mənəviyyatsızlığa yuvarlandığı və dövlətinə qarşı xəyanət etdiyi barədə materialından dərhal sonra Sevinc Mirzəyevə şəxsi həyatına müdaxilə olunduğunu, təhdid edildiyini bəyanladı. Məntiqi sual ortaya çıxır – sən özün xaricdə oturub insanların şəxsi həyatına müdaxilə edəndə “ağacın iki başı olduğunu” düşünmürdün? Necə olur ki, Sevinc Mirzəyeva başqaları haqqında istədiyi həqarəti yağdıra bilər, amma digər bir jurnalist onun barəsində həqiqətləri açıqlayarsa, bu, hüquq pozuntusu, Azərbaycan hakimiyyətinin jurnalistə qarşı təzyiqi olur?

İndi isə Sevinc Mirzəyevanın İkram Rəhimovun müdafiəsi cəhdi və həbs olunmuş reket-jurnalistin fəaliyyəti haqqında bəzi fikirlərimizi və faktları bölüşmək istərdik.

Maraqlıdır, REAL TV-nin adını çəkmədən bir qadın jurnalistin mənəviyyatsızlığa yuvarlandığı və dövlətinə qarşı xəyanət etdiyi barədə materialından dərhal sonra Sevinc Mirzəyevə şəxsi həyatına müdaxilə olunduğunu, təhdid edildiyini bəyanladı. Məntiqi sual ortaya çıxır – sən özün xaricdə oturub insanların şəxsi həyatına müdaxilə edəndə “ağacın iki başı olduğunu” düşünmürdün? Necə olur ki, Sevinc Mirzəyeva başqaları haqqında istədiyi həqarəti yağdıra bilər, amma digər bir jurnalist onun barəsində həqiqətləri açıqlayarsa, bu, hüquq pozuntusu, Azərbaycan hakimiyyətinin jurnalistə qarşı təzyiqi olur?
Məlumdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmü ilə Rəhimov İkram Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib və 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İstintaq materiallarından bəlli olur ki, İkram Rəhimov müxtəlif vaxtlarda ayrı-ayrı adamları şantaj edərək onlar haqqında ifşaedici materialları yayacağı təhdidi ilə pul tələb edib.

Siyahıya diqqət yetirək:

– İ.Rəhimov Gəncə şəhər Təhsil idarəsinin rəisi vəzifəsində işləyən Zakir Hüseynovdan 2016-2017-ci illər ərzində 50, 70, 100 manat olmaqla ümumilikdə 700 manat pul alıb;

– 2017-ci ilin sentyabrında “TEMP” tikinti firmasının mühəndisi Elxan Dadaşovdan həmin şirkət tərəfindən 9-cu mikrorayonda nəzərdə tutulmuş tikinti ərazisində guya ağacların qanunsuz olaraq kəsilməsinə dair foto və video materialları yayımlayacağı hədəsi ilə 300 manat alıb;

– 2017-ci ilin sentyabrında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin müdiri Rafiq Ədilovu şantaj edərək ondan 300 manat alıb;

– 2017-ci ilin oktyabrında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri vəzifəsində işləyən Raqub Mirzəyevdən şantaj yolu ilə 200 manat, 2018-ci ilin fevralında isə daha 200 manat alıb;

– 2017-ci ilin dekabrında Sahibkar Cabir Cəfərovu şantaj edərək 500 manat alıb;

– 2018-ci ilin yanvarında “Hirkan” Milli Parkının direktoru Azər Mirzəyevdən haqqında ifşaedici məlumatlar yayacağı hədəsi ilə 200, fevralda isə daha 200 manat alıb.

Təbii ki, İ.Rəhimov bu primitiv planı quranda Azərbaycanda hər bir hadisəni siyasiləşdirib hakimiyyətə və dövlətə qarşı istifadə edən daxili siyasi qrupların, bəzi hüquq müdafiəçilərinin, xaricdə ermənilərin və Sorosun qrantları ilə mövcudluqlarını təsdiq edib öz dövlətinə qara yaxanların dəstəyinə ümid edib. Bu gün Sevinc Mirzəyeva kimi mənəviyyatını və vicdanını itirmiş birisinin onun müdafiəsinə qalxması da göstərir ki, neçə ki, mediamızda reketçiliyi və reketləri müdafiə edənlər tapılacaq, biz bu problemdən qurtula bilməyəcəyik.
Bu siyahını davam etdirmək də olar, faktlar yetərincədir. Lakin aydın görünür ki, İkram Rəhimovun reket fəaliyyəti hüquq-mühafizə orqanlarının diqqətini hələ 2017-ci ildə cəlb edib, onunla bağlı araşdırmalara başlanılıb və 2018-ci ilin oktyabrında həbs qərarı verilib. Həbsindən bir müddət əvvəl İ.Rəhimov qeyri-qanuni əməllərinin hüquq-mühafizə orqanlarının diqqətini cəlb etdiyini və izləndiyini başa düşüb, müxtəlif instansiyalarla əlaqə yaratmağa çalışıb, lakin bu cəhdlər alınmayıb. Artıq həbs ediləcəyinə tam əmin olduqdan sonra məlum məqaləni dərc edib və bütün bəlalarında Prezidentin köməkçisi Əli Həsənovu ittiham edib. Öz dar düşüncəsinə uyğun olaraq düşünüb ki, bu gedişlə həbsini siyasiləşdirəcək, adı məlum bədnam siyahıya düşəcək və ya bəraət alacaq, ya da bir müddət həbs çəkdikdən sonra azadlığa buraxılacaq.

Təbii ki, İ.Rəhimov bu primitiv planı quranda Azərbaycanda hər bir hadisəni siyasiləşdirib hakimiyyətə və dövlətə qarşı istifadə edən daxili siyasi qrupların, bəzi hüquq müdafiəçilərinin, xaricdə ermənilərin və Sorosun qrantları ilə mövcudluqlarını təsdiq edib öz dövlətinə qara yaxanların dəstəyinə ümid edib. Bu gün Sevinc Mirzəyeva kimi mənəviyyatını və vicdanını itirmiş birisinin onun müdafiəsinə qalxması da göstərir ki, neçə ki, mediamızda reketçiliyi və reketləri müdafiə edənlər tapılacaq, biz bu problemdən qurtula bilməyəcəyik.

Sonda Sevinc Mirzəyevaya isə bir sual vermək istəyirik. İkram Rəhimov insanların şəxsi həyatına müdaxilə edib, onları şantaj edib, pul alıb. Əgər düz edibsə, onda Sevincin şəxsi həyatına müdaxilə olunanda niyə belə haray-həşir salırdı? Əgər səhv edibsə, kimi və niyə müdafiə edir?

Şüşəli evdə oturan qadın - Azər Həsrətin yazısı

İnterpress.az