“Qadınlarla bağlı qanunların qəbulu zamanı çox böyük müzakirə aparılır”- Hicran Hüseynovabackend

“Qadınlarla bağlı qanunların qəbulu zamanı çox böyük müzakirə aparılır”- Hicran Hüseynova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Azərbaycanda gender bərabərliyi sahəsində mükəmməl qanunvericilik bazasının yaradıldığını xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, qəbul olunan qanunlar işlək vəziyyətdə olmalıdır: “Qadınlarla bağlı qanunların qəbulu zamanı çox böyük müzakirə aparılır. Çünki burada bir çox stereotiplərin qırılması lazım gəlir. Bu gün elə bir sahə yoxdur ki, Azərbaycan qadını orada çalışmasın. Ən çətin – təhlükəsizlik, neft-qaz sahələrində kişilərlə bərabər, qadınlar da çalışır”.

H. Hüseynovanın sözlərinə görə, Azərbaycanda qadın sahibkarların sayı getdikcə artmaqdadır: “Qadınların qərar qəbul etmədə, dövlət idarəçiliyində də sayının artması çox vacibdir. Ölkədə keçirilən ilk bələdiyyə seçkiləri zamanı qadınların sayı 3-4 faiz təşkil edirdi. Biz çox güclü maarifləndirmə işləri apardıq. Məqsədimiz qadınların bələdiyyə sistemində təmsilçiliyini artırmaq idi. Bundan sonra II bələdiyyə seçkilərində qadınların sayı 25, III seçkilərdə isə 35 faiz artdı. Digər tərəfdən, qadın millət vəkillərinin də sayı artmaqdadır”.

İnterpress.az