Amerika kubokunun favoritləri açıqlanıbbackend

Amerika kubokunun favoritləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bukmeker kontorları yarış iştirakçılarının qalib adını qazanmasına pul qoyuluşları üçün əmsalları açıqlayıb.

İyunun 14-dən iyulun 7-dək keçiriləcək turnirin əsas favoriti meydan sahibləridir. Bu komandanın çempionluq əmsalı 2,30-a bərabərdir.

İkinci favorit isə Argentinadır. Qitənin digər nəhəngi Uruqvay da ilk “üçlük”də yer alıb.

Son iki yarışın qalibi olan Çili yığması isə favoritlər sırasından uzaqdır. Bukmekerlər bu yığmanı 5-ci kimi görür.

Cənubi Amerikanın 10 komandası ilə birlikdə mübarizə aparacaq iki Asiya təmsilçisi – Yaponiya və Qətər isə şansları ən aşağı dəyərləndirilənlər sırasında yer alıb.

1. Braziliya – 2,30
2. Argentina – 4,50
3. Uruqvay – 9,00
4. Kolumbiya – 11,00
5. Çili – 12,00
6. Peru – 25,00
7. Paraqvay – 35, 00
8-10. Venesuela – 40,00
Ekvador – 40,00
Yaponiya – 40,00
11. Boliviya – 75,00
12. Qətər – 100,00

Qeyd edək ki, bu gecə start götürəcək Amerika kubokunun A qrupunda Braziliya, Boliviya, Venesuela, Peru, B qrupunda Argentina, Kolumbiya, Paraqvay, Qətər, C qrupunda Uruqvay, Ekvador, Yaponiya və Çili mübarizə aparacaq.

İnterpress.az