“Ulu öndərin qayıtması xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı”- Oqtay Əsədovbackend

“Ulu öndərin qayıtması xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı”- Oqtay Əsədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının iclasında bildirib.

O. Əsədov deyib ki, o dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı: “Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı, dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndü. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıtmağı ilə xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyunun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Hər kəsi təbrik edirəm, Azərbaycan xalqına inkişaf arzu edirəm”.

İnterpress.az